Çərşənbə axşamı, 14 May

"Ərdoğan -Putin görüşü Bakıda keçirilə bilər 

image

“Məndə olan məlumata görə, Putin-Ərdoğan görüşü avqustun sonlarına doğru Bakıda baş tuta bilər. Ərdoğan bundan əvvəl təklif etmişdi ki, Putin Türkiyəyə gəlsin. Ancaq Putin hələ bunu istəmir. Ona görə də, kompromis variant kimi, görüş Bakıda ola bilər”.

Xəbər verilir ki, bunu konfliktoloq Arif Yunus “Press Klub TV” internet kanalında yayımlanan proqramda çıxış edərkən deyib.

A.Yunus sözügedən görüşdə Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyi ilə bağlı da müzakirələrin aparılacağını deyib: “Ərdoğan rus sülhməramlıları ilə bağlı məsələ qaldırdı ki, onlar 2025-ci ilə qədər Qarabağdan getməlidirlər. Ərdoğan bunu təsadüfən demədi. Düşünürəm ki, Qarabağdakı rus sülhməramlıları bu il gedə bilərlər. Hətta belə bir təklif də var ki, onları Belarus sülhməramlılar əvəz etsin. Bütün bunlar Bakıdakı görüşdə müzakirə oluanacaq”.

“Avqust ayının sonuna qədər bu məlumatın doğru olub-olmadığı ortaya çıxacaq. Amma belə bir məlumat var. Rusiyaya yaxın olan dairələr də bu haqda informasiya verirlər. Mən bunu bilirərm. Ukraynada vəziyyət pisdir. Ona görə də, ruslar buradakı hazır döyüşçülərindən istifadə etmək üçün onları Belarus sülhməramlıları ilə əvəz etmək istəyirlər. Ancaq təbii ki, ilk növbədə Azərbaycan buna razılıq verməlidir”,- deyə ekspert əlavə edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00